Səməd Səmədovun ölümünə koronavirus səbəb olub - VİDEO/ YENİLƏNİB
Xəbər verdiyimiz kimi, müğənni Səməd Səmədov vəfat edib.
BAKU.WS-ə açıqlama verən müğənni Tural Qismət 75 yaşlı sənətçinin koronavirusdan dünyasını dəyişdiyini deyib:
“Səməd Səmədov bir müddət əvvəl koronavirusa yoluxub. Daha sonra vəziyyəti ağırlaşıb və dünən axşam təcili olaraq xəstəxanaya yerləşdirilib. Müəyyən müdaxilələr edilsə də onun həyatını xilas etmək mümkün olmayıb”.
Qeyd edək ki, xalq artisti Səməd Səmədov bir neçə saat öncə dünyasını dəyişib.
***
18:40
Azərbaycan tanınmış estrada müğənnisi, xalq artisti Səməd Səmədov vəfat edib.
BAKU.WS xəbər verir ki, 74 yaşlı müğənninin ölüm səbəbi hələ ki bəlli deyil.
Allah rəhmət etsin.
Oxşar xəbərlər
Mədəniyyətimizə üz verən itkilər - SİYAHI - FOTO
Son bir ildə Azərbaycanda ölümlərin sayı çox olub. Bu ölümlərin əsas səbəbi də dünyanı cənginə alan koronavirus xəstəlikləridir. Təəssüflər olsun ki, ölüm halla...