Səfirliyə terror hücumu zamanı şəhid olan Orxan Əsgərov məktəbi qızıl medalla bitiribmiş - VİDEO

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov Gəncədə tanınmış həkimin oğludur.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, valideynləri hadisə barədə xəbər tutan kimi Bakıya yola düşüblər, tanışlar və doğmalar isə onların evinə üz tutublar.
Bütün qohumlar, qonşular və tanışlar ailəli və 2 övlad atası olan Orxan Əsgərovun yüksək intellektli olduğunu bildiriblər. Onlar bu xain hücuma görə İranı kəskin şəkildə qınayıblar.
Qeyd edək ki, Gəncədə doğulub böyüyən Orxan Əsgərovun atası Rizvan Əsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan 1 saylı xəstəxananın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
