Sayqanın bir böyrəyini götürəcəklər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Prodüser Sayqa Cahid yenidən əməliyyat olunacaq.
BAKU.WS xəbər verir ki, o, bu haqda "Xəbər-ətər" proqramına qonaq olarkən bildirib. Sayqa böyrəyinin birinin götürüləcəyini deyib:
"Bu mənim problemimdir. Bununla bağlı paylaşım da etmirəm. Dostlarım bilir, mənə bəsdir. Artıq bir ildir, məndə problemlər davam edir. Qərar da o oldu ki, müalicəm 3 ay müddətinə evdə davam edəcək. Sonra yoxlanış olacaq və 97-98 faiz ehtimal var ki, böyrəyimin biri götürüləcək. Mən özümü bu vəziyyətə hazırladım. İki böyrəyim var, biri gedəcək, o biri qalacaq".
Xatırladaq ki, Sayqanın bir böyrəyi fəaliyyətini dayandırdığından o, ötən ilin iyulunda təcili olaraq əməliyyata alınıb. Prodüserin böyrəyindəki daşlar çıxarılıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...