Samir Bağırov ailə münasibətlərindən danışdı: "Biz dünya vətəndaşıyıq"

Samir Bağırov ailə münasibətlərindən danışdı: Biz dünya vətəndaşıyıq
Şou-biznes 302

Müğənni Samir Bağırov "Həftənin qonağı" verilişində şəxsi həyatı və ailəsi ilə bağlı səmimi açıqlamalar verib.

BAKU.WS-in məlumatına görə, sənətçi uzun illərdir ABŞ-də yaşayan anası ilə görüşə bilmədiyini bildirib.

Onun sözlərinə görə, anası ilə hər gün videozəng vasitəsilə əlaqə saxlayır və onu ən böyük dəstəkçisi hesab edir. Samir Bağırov qeyd edib ki, anası onun geyim tərzinə xüsusi önəm verir və daha çox klassik, ciddi üsluba üstünlük verməsini istəyir. Azad və rahat geyim tərzini isə bəyənmir.

Müğənni bildirib ki, Amerikaya getmək istəməməsinin əsas səbəbi orada qalmağa məcbur ediləcəyindən ehtiyat etməsidir. O, atası ilə münasibətlərinin yaxşı olduğunu da vurğulayıb. Bir müddət anası ilə aralarında inciklik yaşandığını deyən sənətçi, sonradan bu gərginliyin aradan qalxdığını bildirib.

Samir Bağırov ailə bağlarından da danışaraq, bacısının Niderlandda yaşadığını qeyd edib. Bacısının ailəsinin müxtəlif millətlərdən olan insanlarla qurulduğunu söyləyən müğənni, "Biz əslində dünya vətəndaşıyıq" sözləri ilə fikirlərini yekunlaşdırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

346 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər