Sabahın hava proqnozu açıqlandı: qar yağacaq, 15° şaxta olacaq

Sabahın hava proqnozu açıqlandı: qar yağacaq, 15° şaxta olacaq
Şou-biznes 12599

 

Noyabrın 21-i üçün Bakıda və Abşeron yarımadasında, həmçinin respublikanın regionlarında gözlənilən hava şəraiti açıqlanıb.

BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-7° isti,

Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 783 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.

Şahin Həbibov

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Sabah, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eləcə də, respublikanın bölgələrində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Naz...

8 Şou-biznes 13:30 16 noyabr 2016

Son xəbərlər