Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Şou-biznes 3

  

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 20-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam Böyük Qafqazın bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda bahar havası olacaq

Bakıda bahar havası olacaq

Bakı və Abşeron yarımadasında fevralın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim...

1757 Şou-biznes 13:45 26 fevral 2016

Son xəbərlər