Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Şou-biznes 1716

 

Bakı və Abşeron yarımadasında avqustun 19-da hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 22-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz  35-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz  25-45% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərədə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz  35-40, dağlarda gecə 15-20, gündüz  24-29 dərəcə isti olacağı gözlənilir.

Şahin Həbibov

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Depar...

11 Şou-biznes 13:15 11 avqust 2016

Son xəbərlər