Sabah yağış yağacaq

Sabah yağış yağacaq
Şou-biznes 2086
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-18, gündüz 21-24, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 14-17, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.Sentyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.BAKU.WS

Oxşar xəbərlər

Şimşək çaxacaq, yağış yağacaq

Şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanda sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb.BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istina...

5 Şou-biznes 14:51 27 sentyabr 2018

Son xəbərlər