Sabah Bakıda 20 dərəcə isti olacaq

Sabah Bakıda 20 dərəcə isti olacaq
Şou-biznes 975
Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. BAKU.WS

Oxşar xəbərlər

Bu günün hava proqnozu

Bu günün hava proqnozu

Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerl...

3 Şou-biznes 09:53 20 mart 2018

Son xəbərlər