Sabah yağış yağacaq

Sabah yağış yağacaq
Şou-biznes 626

 

Dekabrın 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 13-17, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacaq.

Dekabrın 1-də Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Sabah güclü yağış yağacaq

Sabah güclü yağış yağacaq

Noyabrın 17-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi...

2 Şou-biznes 13:08 16 noyabr 2015

Son xəbərlər