Sabah Bakıda yağış, rayonlara qar yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də səhər bəzi yerlərdə zəif duman olacaq, gün ərzində arabir yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, yarımadada və paytaxtda mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 6-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Hava yenidən soyuyacaq
Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilə...