Rusiyalı müğənninin mənzilindən milyonlar oğurlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış rusiyalı müğənni Yuliya Parşutanın mənzilindən 3 milyondan çox rubl oğurlanıb.
BAKU.WS xəbər verir ki, Telegram kanalı Shot-un məlumatına görə, oğrular müğənninin seyfini açaraq 10 min dollar və təxminən 2 milyon rubl nağd pulu mənimsəyiblər. Bundan əlavə, mənzildən üç ədəd saat və zinət əşyaları da oğurlanıb.
Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı "xüsusilə iri miqyaslı oğurluq" maddəsi üzrə cinayət işi açıb. İstintaqın ilkin versiyasına əsasən, oğrular Yeni il tətili zamanı müğənninin evdə olmadığı vaxt mənzilə daxil olublar. Qapı zədələnməyib, ehtimal olunur ki, oğrular açarı seçməklə qapını açıblar.
Hazırda cinayətkarların axtarışı davam edir. Araşdırma çərçivəsində Parşutanın mənzilinə çıxışı olan bütün şəxslər, o cümlədən ev işçisi dindirilir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...