Ruminiyalı aparıcılar Azərbaycanlı müğənniyə canlı yayımda eşq elan etdilər (VİDEO)
05
dek
2017
11:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı müğənni SANAN ilk sinqlını tanıtım məqsədilə keçirilən "Te juro" promo turundan geri dönüb. Səfər çərçivəsində müğənni Ruminiya, Moldova, Rusiya və Ukraina televiziya kanallarında ən prestijli teleşoularda eləcə də bu ölkələrdə keçirilən müxtəlif konsert və ictimai şou tədbirlərində iştirak edib. Qeyd edək ki, Rumınıyanın Tommo production və Moldovanın Maximum Concert Company şirkəti tərəfindən təşkil olunan turlar yanvar ayından davam edəcək. Sananın tv çıxışları zamanı ifası böyük rəğbətlə qarşılanıb. Ruminıyanın ən reytinqli AntenaStar kanalında Star matinal proqramının xanım aparıcıları isə xüsusə ona aşıq olduqlarını deyib onu canlı yayımda axşam yeməyinə dəvət ediblər. Sanan beynəlxlaq musiqi proekti olmasına və yeni albomunu əsasən ispan dilində ifa etməsinə baxmayaraq bütün çıxışlarda milliyətcə azərbaycanlı olduğunu qeyd edib və aparıcılara doğma dilimizdə sözlər öyrətməyə çalışıb. Müğənninin bütün musiqi yaradıcılıq işləri Buxarestdə hazırlansada SANAN repertuarına daxil olacaq bütün mahnılarının azərbaycan versiyasını yerli publikaya təqdim edəcək. Müğənninin albomu 2018 ilin fevral ayında işıq üzü görəcək. Albomda azərbaycanlı gəncin bir neçə dünya ulduzu ilə duetləri də yer alıb. BAKU.WS
Oxşar xəbərlər
Türkiyəli müğənni aparıcı Zauru canlı yayımda təhqir etdi (VİDEO)
Aparıcı Zaur Kamal canlı yayımda türkiyəli müğənni tərəfindən təhqir olunub. BAKU.WS-in məlumatına görə, Zaur Kamal Xəzər TV-də yayımlanan “5-də 5” verilişinə t...