Ruhidən Nigar Camalın qızına: "Heç deməzsən Londonda böyüyüb" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İş xanımı Ruhi Əliyeva sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə hesabında müğənni Nigar Camalla qızı Jasminin fotolarını izləyiciləri ilə bölüşüb.
Ruhi Nigarın qızının ondan daha gözəl olduğunu vurğulayıb:
"Nigarın bir paylaşımını gördüm, ona çəki almağı ilə bağlı irad bildirənlər olub. Əzizlərim, inan ki, Nigar neçə kilo alırsa-alsın, yenə də gözəldir. Bu gözəllik onun daxilindən, içindəki tərbiyədən irəli gəlir.
Hələ gözəllikdə onu üstələyən qızı Jasmini demirəm. O qədər zərif və utancaqdır ki, heç deməzsən ki, bu uşaq Londonda böyüyüb. Bu qədər işin-gücün arasında övladına belə diqqətlə yanaşan Nigarı ancaq təqdir etmək olar. Bir də axı o, bizə Avroviziya qalibiyyəti gətirib.
Bir az həssas olsaq, heç nə dəyişməz, əzizlərim".
Qalereya
Oxşar xəbərlər
Nigar Camalın qızı LONDONDA MƏZUN OLDU - FOTO
Avroviziya qaliblərimizdən olan Nigar Camalın qızı Jasmin Londonda məzun olub. BAKU.WS xəbər verir ki, bu haqda ifaçı sosial şəbəkədə bildirib. O, instaqram he...