RTÜK qalmaqallı serialdakı səhnə ilə bağlı araşdırmalara başladı - FOTO/VİDEO

Ozan Güven, Ekin Koç, Serra Arıtürk, Hande Ataizi, Burak Yörük və Hüseyin Avni Danyalın rol aldığı "Taş Kağıt Makas" serialında səhnə izləyiciləri qəzəbləndirib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, serialda yayımlanan səhnəyə verilən reaksiyalardan sonra Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) tərəfindən araşdırma başladılıb.
RTÜK sədri Ebubekir Şahin məsələ ilə bağlı "X" hesabında paylaşım edib.
"Biz qadınları təhqir edən, qadınlarımızı aşağılayan istehsallara diqqət yetiririk. Dəfələrlə qeyd etdiyimiz kimi, qadınlar və uşaqlar bizim qırmızı xəttimizdir. Biz bu məsələyə həssaslıqla diqqət yetirməyə davam edəcəyik. Mübahisəli səhnələrin yer aldığı seriala həm vətəndaşlarımızın reaksiyalarından xəbərdarıq və diqqətlə izləyirik. Yayımlanmağa başladığı andan yayım prinsiplərini pozduğu hesab edilən səhnələrin yer aldığı serialla bağlı lazımi araşdırmaya başlamışıq. Biz qadınları aşağılayan və onların əmtəə kimi görünməsinə səbəb olan və ya qadına qarşı sui-istifadəni ehtiva edən istehsallara heç vaxt icazə verməmişik və verməyəcəyik", - deyə o qeyd edib.

Qeyd edək ki, "Taş Kağıt Makas" serialında Burak Yörüyün canlandırğı Fecir Emirkıran obrazı, 4 qadından onlara son model avtomobil vermək müqabilində it kimi hürmələrini istəyib. 8 Mart Qadınlar Bayramı öncəsi yayımlanan bu səhnə bir çox izləyicini qəzəbləndirib.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
