Roza Zərgərliyə qarşı dələduzluq - Şəklindən istifadə edib... - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Roza Zərgərliyə qarşı dələduzluq edilib.
BAKU.WS xəbər verir ki, bu haqda Roza sosial şəbəkədə məlumat verib. Zərgərlinin sözlərinə görə falçılardan biri onun şəklini sosial şəbəkədə yayımlayaraq "Roza Zərgərliyə cadu edilib" sözlərini yazıb. Sonda isə öz nömrəsini yazaraq bu nömrənin Roza Zərgərliyə aid olduğunu iddia edib.
Zərgərli həmin xanıma zəng edərək məsələyə aydınlıq gətirib. Falçı yazılanları xüsusi sifarişlə etdiyini bildirib.
Bundan sonra müğənni həmin şəxslərlə bağlı polisə şikayət etdiyini deyib:
"İfşa olunan dələduzla bağlı bir tədbir görəcəklər. Biz sənət adamlarının adından qara piar olaraq özlərinə reklam qazanırlar və dələduzluq edib onların pullarını mənimsəyirlər. Tezliklə saxtakarlıqla məşğul olduğuna görə hər iki şəxs qanun qarşısında cavab verəcək".
Oxşar xəbərlər
Məşhurlar Səyyad Əlizadədən yazdılar: "Heyif, Səyyad bəydən…" - FOTO
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadə ötən gün axşam saatlarında müalicə aldığı xəstəxanada vəfat edib. Sənətçinin dünyasını dəyişməsi həm sevənlərini, hə...