Röyadan Zümrüdə: “Vaxt gələcək, müsahibə üçün növbə gözləyəcəksən” - VİDEO

Röyadan Zümrüdə: “Vaxt gələcək, müsahibə üçün növbə gözləyəcəksən” - VİDEO
Video
Şou-biznes 5467

Aparıcı Zümrüd Bədəlova maraqlı açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, “Onun sirri” proqramına qonaq olan Bədəlova Xalq artisti Röya Ayxanla bağlı açıqlama verib.

Aparıcı Röyanın “W-trio” musiqi qrupunda çıxış etdiyi illərdə tanınmadığı üçün ondan müsahibə götürmək istəmədiyini etiraf edib:

“Röya “W-trio”da oxuduğu zaman çəkilişə getmişdim. Vaqif Gərayzadədən müsahibə götürdüm. O qrupda ən çox Röya şıltaq idi. Mənə dedi ki, ay qız, məndən niyə müsahibə almırsan? Ona tanımadığımız adamlardan müsahibə götürməməyimizi tapşırdıqlarını bildirdim.

Həmin vaxt Röya mənə dedi ki, "gün gələcək, məndən müsahibə almaq üçün növbə gözləyəcəksən!" İnandırım sizi ki, illər ötdü, elə də oldu".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər