Röyadan general oğlu ilə sevgili olması iddiasına MÜNASİBƏT (FOTO)

Röyadan general oğlu ilə sevgili olması iddiasına MÜNASİBƏT (FOTO)
Şou-biznes 6287
Bu gün Qafqazinfo.az saytında əməkdar artist Röya Ayxanın Milli Qəhrəman, Şəmkir Korpusunun komandiri, general Rövşən Əkbərovun oğlu ilə eşq yaşaması xəbəri yayımlanıb.BAKU.WSxəbər verir ki, ifaçının mətbuat xidməti Primetime.az saytına açıqlamasında Röya ilə general Rövşən Əkbərovun oğlu ilə eşq yaşaması xəbərini təkzib edib. Bildirilib ki, adıçəkilən general oğlu Telmanla ifaçı arasında illərə söykənən dostluq münasibəti var:“Telman hələ 9 yaşında olarkən Röya xanım onu tanıyırdı. O, əməkdar artistin uşaqlıqdan pərəstişkarları sırasındadır. Telman müğənninin bütün komandası ilə yaxından dostdur və demək olar ki, hər gün bizim yanımızdadır”.Çox keçməyib ki, əməkdar artistin sosial şəbəkələrdə yayılan sevgi məsələsinə öz münasibətini bildirib. Estrada ulduzu şəxsi İnstagram hesabında xəbəri paylaşıb və “Çox güldüm” şərhini yazıb. Mətbuat xidməti bu məsələyə də toxunub:“Röya xanım ona görə gülür ki, Telmanla arasında 12 yaş fərq var. İfaçı onun elçilik mərasimində belə iştirak edib və onlar ailəlikcə dostdular. Yəni, xəbər kökündən yalandır Onların münasibətinin nə yerdə olduğunu bilən hər kəs sevgili iddiasına məhz gülümsəyir. Hörmətli media nümayəndələrinə və Röyasevərlərə səslənirik ki, əsassız xəbərlərə inanmasınlar”.Rəşad ƏliyevBAKU.WS

Oxşar xəbərlər

Röyadan yeni FOTOSESSİYA

Röyadan yeni FOTOSESSİYA

Milyonların sevimlisi, əməkdar artisti Röya Ayxan instagram hesabında paylaşdığı fotolar izləyicilərin marağına səbəb olub.BAKU.WS-in məlumatına görə, Röya bu d...

1824 Şou-biznes 11:06 15 fevral 2018

Son xəbərlər