Röya şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.
BAKU.WS xəbər verir ki, müğənni studiyada oxuduğu mahnı ilə bağlı anları instaqramda paylaşıb:
"Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu".
"Yada düşürsən" mahnısının bəstəkarı Fərid Kərimlidir. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə ithafən yazılan sözləri qiraət edib.
Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev I Qarabağ müharibəsində iştirak edib. Onun döyüş yolu Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.
Oxşar xəbərlər
54 gün erməni mühasirəsində qalmış 19 nəfərin izi ilə… - VİDEO - REPORTAJ
Araz axar lil ilə, Dəstə-dəstə gül ilə, Mən yarımı sevirəm Şirin-şirin dil ilə. Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın... Bu xalq mahnısını sakitcə, öz-özüm...