Röya Ayxanın uzun müddətdir gözlənilən konserti baş tutudu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxanın təxirə düşən Moskva konserti baş tutub.
BAKU.WS xəbər verir ki, məşhur müğənni Vegas City Hall-da sevənlərinin qarşısına çıxıb.
Xalq artisti “Sold Out” olan musiqili gecədə iki saata yaxın səhnə alıb, onlarla hitlərini pərəstişkarlarına təqdim edib.
Bu dəfə də anşlaq və tamaşaçıların alqışları ilə keçən konsertdə müğənni canlı proqramla çıxış edib.
Müğənni gecəboyu dinləyicilərlə ünsiyyət quraraq onlarla zarafatlaşıb, mahnı istəklərini dəyərləndirib.
Tədbirin aparıcısı Rusiyada yaşayan həmyerlimiz Sultan Prince olub.
Qeyd edək ki, sənətçi mayın 18-də Sumqayıtda solo konsert verəcək.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...