Röya Ayxanın oğlu dünyanın üç nüfuzlu universitetinə qəbul oldu
Xalq artisti Röya Ayxanın oğlu Hüseyn Cəlilov dünyanın üç nüfuzlu ali təhsil müəssisəsinə qəbul olub.
BAKU.WS xəbər verir ki, bu barədə Hüseynin Azərbaycanda təhsil aldığı kurslardan biri məlumat yayıb.
Qeyd edilib ki, Hüseyn Cəlilov beynəlxalq arenada böyük nailiyyət əldə edərək Hüquq ixtisası üzrə nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.
Bu Ali təhsil ocaqlarından biri Liverpul şəhərində yerləşən "University of Liverpool"dur. Bu Böyük Britaniyanın aparıcı tədqiqat universitetlərindən biridir.
Digər univsersitet isə Birləşmiş Krallıqdakı "University of Essex"dir. Bu Ali təhsil ocağı isə Hüquq və sosial elmlər üzrə beynəlxalq səviyyədə tanınan, güclü akademik mühiti ilə seçilir.
Hüseyn Cəlilov qəbul olduğu üçüncü Ali təhsil müəssisəsi isə Dubaydakı "University of Wollongong in Dubai" universitetidir.
Oxşar xəbərlər
Bu məşhurlar ailədən VARLIDIRLAR
Sənət dünyasında bəzi məşhurlar yalnız öz bacarıqları ilə deyil, həm də ailə zənginliyi ilə diqqət çəkir. Araşdırmalar göstərir ki, dünya səviyyəsində bir çox u...