Röya Ayxanın hərbi liseydəki konsertindən görüntülər

Röya Ayxanın hərbi liseydəki konsertindən görüntülər
Video
Şou-biznes 309

Xalq artisti Röya Ayxan yeni il ərəfəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət baş idarəsinin təşkilatçılığı ilə təşkil olunan vətənpərvər ruhda xüsusi konsert proqramı ilə çıxış edib.

BAKU.WS xəbər verir ki, konsert Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təşkil olunub və liseyin kursantları üçün keçirilib.

Konsert öncəsi Xalq artisti Röya Ayxan Xətai rayonunun İcra Hakimiyətinin başçısı Rafiq Quliyev və liseyin rəhbər heyəti ilə görüşərək, gənc kursantların hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsinin önəmini vurğulayıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Vətənə sevgi, birlik və qürur hisslərinin ön planda olduğu gecədə sənətkarın səsləndirdiyi vətənpərvər ifalar kursantlar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Yeni il öncəsi keçirilən bu mənalı konsert gənc hərbçilər üçün həm mənəvi dəstək, həm də unudulmaz bayram ovqatı yaradıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

346 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər