Röya Ayxanın “Doldur ürəyimi” mahnısı rekord vurdu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxanın bir zamanlar sevənlərinə təqdim etdiyi “Doldur ürəyimi” sinqlı uğura imza atıb.
BAKU.WS xəbər verir ki, sənətçinin Azərbaycan da daxil olmaqla qonşu ölkələrin musiqi platformalarında ilk yerdə qərarlaşan ifası “Youtub”da 10 milyondan çox insan tərəfindən dinlənilib.
Bununla da ifa müğəninin mahnıları arasında ən çox dinlənilən sinql kimi rekorda imza atıb.
Röya “Doldur ürəyimi” hitini 2016-cı ildə pərəstişkarlarına təqdim edib. Kompozisiyanın sözləri Leyli İsrafilovaya aiddir. Mahnının musiqisi və aranjimanı isə Hakan Erola məxsusdur.
Qeyd edək ki, bir neçə il əvvəl müğənni Üzeyir Mehdizadənin də mahnılarından biri “Youtube”da milyonlarla baxış yığıb.
Oxşar xəbərlər
“Həyat yolumu bir azərbaycanlı müəyyən etdi” – “Jara”ya gələn Soqdiana ilə eksklüziv müsahibə - FOTO+VİDEO
26-29 iyul tarixlərində Bakıda “JARA-2018” Beynəlxalq Musiqi Festivalı baş tutdu. Gün batan cağı parlaq, təkrarolunmaz rənglərə bürünən dörd unudulmaz gün, həm...