Röya Ayxanın 25 illik səhnə fəaliyyətinə həsr olunan KONSERTDƏN GÖRÜNTÜLƏR
Bu gün Xalq artisti Röya Ayxanın çoxdandır gözlənilən konserti baş tutub.
BAKU.WS xəbər verir ki, ifaçı konsertdən əvvəl yerli mətbuata açıqlama verib.
O bildirib ki, bu konserti 25 illik səhnə fəaliyyətinə həsr edilib:
"25 illik sənətimdə onun 2 ilini "W-Trio" qrupunun üzvü olmuşam, 2 ilini tək başına ifa etmişəm, tam olaraq 5-ci ilimi başa vuranda Heydər Əliyev adına sarayda konsert vermişəm. Sonra bu silsilə halını aldı, illərlə təkrar-təkrar baş verdi. Sadəcə pandemiya dövrünü çıxmaq şərtilə... Lakin onda da mən üç günlük konsert verdim. Biraz nasazladıq, sonra hamı sağaldı və indi hamı mənim görüşümə gəlib".
Daha sonra sənətçi Heydər Əliyev adına sarayda sevənləri qarşısında çıxış edib. İfaçı pərəstişkarlarına canlı orkestr və möhtəşəm səsi ilə unudulmaz anlar yaşadıb.
Röya ifası zamanı "Bahar","Dəli kimi", "Elə bilmə", "Səninəm", "Bir gün", "Sənə ehtiyacım var", "Onun xəstəyəm", "Zülmətəm", "Qürur", "Tut əlimdən", "Onun xəstəsiyəm", "Ərə gedirəm" kimi hitlərini səsləndirib.
Konsertdə pərəstişkarları bütün ifaları Röya Ayxanla birlikdə səsləndirib.
İfaçı konserti zamanı iki qara və qırmızı olmaqla iki libas geyinib. Sənətçi hər zamankı kimi gözəlliyi ilə səhndə parıldamağı bacarıb.
Möhtəşəm səhnə tərtibatı, güclü səs və akustika, eyni zamanda lazerlə bəzədilmiş səhnə gecəyə daha da rəng qatıb.
Fanatları Xalq artistinin sənət fəaliyyətinə həsr edilən konsertdə xeyli əyləniblər.
Qeyd edək ki, Röya Ayxanın konserti sabah da davam edəcək. Silsilə konsertlər ifaçının səhnə fəaliyyətinin 25 illik yubileyinə həsr olunub.
Qalereya
Oxşar xəbərlər
Röya Ayxan konsertində sevənlərinə sürpriz edəcək
"Mən 2005-ci ildən Heydər Əliyev Sarayında başladım. Biz ilk dəfə burada səhnələr quranda dedilər nə danışırsınız? Burada körpü tikmək olmaz. Biz onu da etdik"....