Röya Ayxandan BİR İLK - Səhnəyə ROBOTLARLA ÇIXACAQ

Röya Ayxandan BİR İLK - Səhnəyə ROBOTLARLA ÇIXACAQ
Şou-biznes 20

Xalq artisti Röya Ayxan solo konsertinin hazırlıqlarına başlayıb.

BAKU.WS xəbər verir ki, bir neçə həftə əvvəl məşqlərə start verilən musiqili gecə ilə bağlı bir neçə detal məlum olub.

Belə ki, müğənni Azərbaycanda bir yeniliyə imza atacaq, Bakı səhnəsində ilk dəfə robotlardan istifadə olunacaq. Məlumata əsasən, bunun üçün xarici ölkələrlə danışıqlar aparılıb və müzakirələr müsbət nəticələnib. Robotlar və texnika konsertdən bir neçə gün əvvəl paytaxta gətiriləcək.

Estrada ulduzunun möhtəşəm konserti sentyabrın 1,2,3-ü tarixlərində Bakı Konqress Mərkəzində baş tutacaq.

Nəinki Bakıda, dünyada çox nadir hallarda sözügedən robot ve texnikalardan istifadə edilir. Bunun üçün də solo konsertə böyük heyət cəlb olunub. Təşkilatçılar tamaşaçıların uzun müddət unutmayacağl, mükəmməl və qüsursuz qeyri-adi bir şou vədini verir.

Həmçinin, gecədə 24 mahnı səsləndiriləcək və sözügedən ifalara özəl libaslar hazırlanacaq. Artıq hər bir çıxış üçün səhnəcik qurulub. Konsertin quruluşçu rejissoru yenə də Ranar Musayevdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər