Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi
Xalq artisti Röya Ayxan bəstəkar-müğənni Kazım Can ilə yeni duetini təqdim edib.
BAKU.WS xəbər verir ki, "Dosta" adlanan mahnı artıq dinləyicilərin ixtiyarındadır.
Mahnının sözləri Orxan Qarabasma və İlqar Bayramova, musiqisi isə Kazım Cana məxsusdur.
Klipin rejissoru Cəlal Kəngərlidir. Ekran işində müğənnilər İsmail Zadə, Nigar Camal, Aygül və stilist Elnur Həsənov da yer alıblar.
Röya Ayxan və Kazım Can klipdə üç fərqli obrazda kamera qarşısına keçiblər. Sənətçilərin obrazları üzərində stilist Elnur Həsənov çalışıb. Röya Ayxanın saç və makiyajı da Elnur Həsənov tərəfindən hazırlanıb.
Rəsmi təqdimatı hələ baş tutmayan "Dosta" artıq sosial şəbəkələrdə böyük maraq yaradıb. Mahnı xüsusilə TikTok-da diqqət çəkərək qısa zamanda geniş auditoriyanın marağına səbəb olub.
Oxşar xəbərlər
Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"
Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz edibl...