Röya Ayxan "Ay qız"ı təqdim etdi
Bu ili özü üçün "duetlər ili" elan edən Xalq artisti Röya Ayxan uğurlu layihələr silsiləsini davam etdirir.
BAKU.WS xəbər verir ki, ilin əvvəlindən etibarən bir-birinin ardınca maraqlı duetlər təqdim edən pop kraliça bu dəfə yeni "Ay qız" mahnısı ilə dinləyicilərinin qarşısına çıxıb.
Yeni musiqi parçası İsmail Zadə tərəfindən bəstələnib. Mahnının sözləri isə Həmid Məmmədli imzasını daşıyır. "Ay qız" bu dəfə duet formatında təqdim olunub - Röya Ayxan mahnını yaxın dostu Əkbər Əliyev ilə birlikdə səsləndirib.
Layihədə sənətçinin qardaşı İsmail Zadə ilə əməkdaşlıq yenidən diqqət çəkir. Ard-arda hitlər ərsəyə gətirən İsmail Zadə hər yeni işi ilə dinləyicilərin marağını qorumağı bacarır.
Ekran işi rejissor Roman Yaşar tərəfindən hazırlanıb. Layihənin musiqi tərtibatında Oğuz Yılmaz yer alıb
"Ay qız" artıq sosial platformalarda səs salaraq hitə çevrilməyə namizəddir.
Oxşar xəbərlər
Xalq artisti Tünzalə Ağayeva "Dream fest"də çıxış edəcək
"Dream fest 2026" beynəlxalq musiqi festivalının növbəti ulduz qonağının adı açıqlanıb. BAKU.WS xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva festivalda iştirak...