Röya Ayxan "Ağlama" mahnısına akustik nəfəs verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxan, musiqi platformalarında həftələrdir liderliyini qoruyan "Ağlama" adlı hitini bu dəfə fərqli tərzdə təqdim edib.
BAKU.WS xəbər verir ki, mahnının akustik versiyası Türkiyədə, tanınmış musiqiçi Sezgin Tellaoğlunun rəhbərlik etdiyi orkestrin müşayiəti ilə canlı olaraq lentə alınıb.
Kompozisiyanın musiqisi Nailə Mirəməmmədliyə, sözləri isə Gülağa Tənhaya məxsusdur.
Röya bu dəfə əsəri daha dərin emosional qatlarla, minimal müşayiət və güclü vokal ilə təqdim edərək, dinləyicilərə mahnının ağrısını və duyğusunu fərqli şəkildə hiss etdirir.
Layihənin rejissoru tanınmış Kemal Başbuğ, operatoru isə Sezgin Denkçidir.
Qalereya
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...