Röya Ayxan 10 yaşında getdiyi Zeynəb Xanlarovanın konsertindən danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir az əvvəl anamla danışırdım. O məni, daha sonra isə mən onu konsertimlə bağlı təbrik etdim. Anama dedim ki, sən məni ilk dəfə 10 yaşında Zeynəb Xanlarovanın konsertinə aparanda pulun çatmadı. Mən isə dedim ki, çox istəyirəm o konsertdə iştirak edim, onu yaxından görüm. Anam dedi səni o konsertə aparacam".
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib. Sevilən estrada ulduzu uşaqlıqda yaşadığı maddi çətinliyə görə anasının Xalq artisti Zeynəb Xanlarovanın konsertinə onun üçün axır sırada bilet aldığını bildirib.
Sənətçi bu səbəbdən də konsertlərində ən axırıncı sırada əyləşən tamaşaçılarının yanında getdiyini deyib:
"Anam mənə ən axır sırada bilet almışdı. Çünki pulu ora çatmışdı. Mən o konsertdə qaça-qaça gəlib yaxından Zeynəb Xanlarovaya baxdım. Getdim anama dedim ki, o da sənin kimi üzünə krem vurur. İndi mən konsertlərimdə ən axır sırada əyləşən tamaşaçımın belə yanına gedirəm. Çünki orada mənim xatirəm var. Mən o günü hələ də xatırlayıram. Mən artıq özüm o mərtəbəyə qaça-qaça gedirəm. Orada bir uşaqlıq xatirəm var".
Qeyd edək ki, Xalq artisti iki gün əvvəl Bakı Konqres Mərkəzində fanatlarının izdiham yaratadığı möhtəşəm konsert verib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...