Rəqsanə İsmayılovanın bu görüntüləri təəccübləndirdi - FOTO

Rəqsanə İsmayılovanın bu görüntüləri təəccübləndirdi - FOTO
Foto
Şou-biznes 5302

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi uşaqlıq və yeniyetmə illərində lentə alınan arxiv fotolarını instaqram izləyiciləri ilə bölüşüb. Rəqsanə görüntülərinə bu sözləri də əlavə edib:

"Hər gün ömrümüzün sarayından bir kərpic düşür. Bu şəkillərimə baxanda yaşadığım bütün günlər lent kimi gözümün önündən keçir. Uşaqlıq, gənclik və ailə həyatı. Həyatda qazandıqlarımız çox oldu. Allah doğmalarımızı bizə çox görməsin. Tək qazancımız doğmalarımızdır".

Müğənninin bu fotosu izləyiciləri tərəfindən maraqla qarşılanaraq müzakirələrə səbəb olub. Bəziləri İsmayılovanın tanınmaz halda olduğunu, böyük əksəriyyəti isə onu "Çalıkuşu" filmində Fəridə rolunu ifa edən aktrisa Aydan Şenerə bənzədiblər.

Son xəbərlər