Rəqsanə: "Əgər onlar yardım edirlərsə, mənim atama lənət" - VİDEO

Rəqsanə: Əgər onlar yardım edirlərsə, mənim atama lənət - VİDEO
Video
Şou-biznes 1602

"Əgər onlar yardım edirlərsə, mənim atama lənət". Bu sözləri müğənni Rəqsanə "Yardım edirik, amma bəziləri kimi çəkib paylaşmırıq" deyən həmkarlarının ünvanına səsləndirib.

BAKU.WS xəbər verir ki, yardım aksiyaları ilə insanların rəğbətini qazanan Rəqsanə İsmayılova lent.az-ın "İnstagram"da canlı yayımında qalmaqallı açıqlama verib.

O deyib ki, toylara 14-15 min dollara gedən üç həmkarından Azərbaycanda ehtiyac içində olan ailələrə yardım etməsini xahiş edib. Lakin onlardan rədd cavabı alıb. Rəqsanə həmin müğənnilərin adlarını çəkməkdən imtina edib:

"Mən ad çəksəm, belə deyəcəklər: "Mən yardım edirəm, amma sağ əlin verdiyini sol əl bilməz". Yaxşı variant tapıblar. İnanın ki, əgər onlar kiməsə kömək edirlərsə, mənim atama lənət. Yardım edələr, göstərməyələr, bu mümkün deyil! Müğənni olsun, yardım etsin və çəkib yaymasın. Belə şey ola bilməz. Müğənniləri pisləmək istəmirəm, amma düzünü deyirəm".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər