Rəqsanə: “15 min dollar toy pulundan 1 qəpik də enmirsiniz, camaata niyə yardım etmirsiniz? ” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"14-15 min dollar toy pulunuzdan 1 qəpik də enmirsiniz. İndi niyə camaata yardım etmirsiniz?" Bu sözləri Rəqsanə İsmayılova bahalı toy müğənnilərinə ünvanlayıb.
BAKU.WS xəbər verir ki, Rusiyada karantin günlərində işsiz və təbii ki, pulsuz qalan yüzlərlə azərbaycanlı ailəsinə yardım edən Rəqsanə İsmayılova həmkarlarına səslənib. Bu sözləri müğənni İnstagramda açdığı canlı yayımda söyləyib.
Rəqsanə xalqın pulu ilə varlanan müğənniləri xalqa kömək etməyə səsləyib:
“Müğənnilərin əlinə şans düşüb. Biri eyvanda, digəri divanın üstündə mahnı oxuyur. Mahnı oxumaq, konsert vermək vaxtıdı? Hamı bilir ki, bu xəstəlik yayılıb. Hamı evdə qalmalı, əl sabunlanmalı, maska taxılmalıdı. Bunu hamı bilir də... İnsanlara kömək edin.
Qeyrətinizi göstərin! Mən artıq dostlarımdan pul istəməkdən, kömək üçün yalvarmaqdan utanıram. 40 yaşım var, bu vaxtadək özüm üçün heç kimə ağız açmamışam. İnsanlarımız üçün bunu edirəm. Rusiyada yaşayan azərbaycanlıların vəziyyəti pisdir, çatdıra bilmirik.
Bu gün hər kəs bir olmalıdır. Niyə kor qalıb gözlərinizi yummusunuz? Milyon nəfər var ki, toylarında çıxış etmisiniz. Zəng vurmaq çətindir? Hələ çətin vəziyyətdə instaqramda yemək görüntüləri paylaşırsınız. Ərzaq yardımı kənara qalsın, burada körpə və uşaqlar var ki, koronavirusa yoluxanlarla bir evdə qalır”.
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...