Rəqqasə Renkadan meşədə FƏRQLİ FOTOSESSİYA
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış rəqqasə Rəna Ağamuradova (Renka) növbəti dəfə fərqli yanaşması və sənətə verdiyi dəyəri ilə diqqət çəkib.
![]()
BAKU.WS xəbər verir ki, sənətçi bu dəfə meşəlik ərazidə lentə alınan etnik üslubda fotosessiyası ilə gündəm olub.
Təbiətin sakitliyində, payızın rəngarəng fonunda çəkilən görüntülərdə Renka milli naxışlarla zəngin, qədim ornamentləri xatırladan geyimlərlə kamera qarşısına keçib.
Onun baş aksesuarı da seçilən obrazla tam uyum içində olub, bütövlükdə bir sənət əsərini xatırladıb.
Fotosessiyanın ideyası milli dəyərlərin müasir tərzdə təqdimatını əks etdirir.
Rəqqasənin hər bir kadrda verdiyi poza isə onun peşəkarlığını və bədən dili ilə danışa bilmə bacarığını bir daha sübut edib.
Geyim modelyer-dizayner Şəlalə Maqsudovaya məxsusdur.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...