Rəhim Rəhimli artıq Muz TV-nin rəhbəri deyil - VİDEO

Müğənni Rəhim Rəhimli artıq Muz TV-nin rəhbəri deyil.
BAKU.WS xəbər verir ki, musiqiçi bu barədə ilk dəfə Xəzər TV-nin "5-də 5" verilişində açıqlama verib:
"Mahnı bəstələməyə vaxt olmurdu, yaradıcılıqla məşğul ola bilmirdim. Rəhbər olduğum 2 ildə ancaq 3 dəfə efirə çıxa bildim. Mən yaradıcı insanam, kreslo, dörd divar, inzibati məsələlər məni sıxırdı.
Artıq şirkətin rəhbəri olmasam da, tam ayrılmamışam. Ayrılmışam, amma gedib-gəlirəm. Məni oraya bağlayan bir şeylər var. Dünən də orada idim".
Xatırladaq ki, bu ilin yanvar ayında Rəhim Rəhimlinin Muz TV-nin rəhbərliyindən istefa verdiyi barədə xəbərlər yayılmışdı. Lakin sonradan kanal yayılan xəbərləri təkzib etmişdi.
Belə olan halda sual yaranır: Hazırda Muz TV-yə kim rəhbərlik edir?
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...
