İradə İbrahimova: "Geyim, əşya insana xoşbəxtlik gətirməz..." - FOTO

İradə İbrahimova: Geyim, əşya insana xoşbəxtlik gətirməz... - FOTO
Foto
Şou-biznes 209

Müğənni İradə İbrahimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi ailəsi ilə Yeni il fotoları çəkdirərək izləyiciləri ilə bölüşüb.

İbrahimova görüntülərə bu sözləri əlavə edib:

"Geyim, əşya insana xoşbəxtlik gətirməz. Sən məsudsansa, olduğun yer də məsuddur. Xoşbəxtlik hüzurumuz, ürəyimiz və nə hiss etdiyimizdir. İsti balışın, bir stəkan çayın, örtünəcək yorğanın varsa, sağlığınla hamısını qucaqla demek istədim sizə və özümə. Zaman mənə çox şey öyrətdi. Təşəkkürlər təbiət, həyat, ilahiyyat".

Xatırladaq ki, hazırda Türkiyədə yaşayan sənətçi iş adamı Ceyhun İzerlə evlidir.

Cütlüyün İpek adlı qızı, Ali adlı oğlu var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər