Qızlar Bakıda klip çəkilişi zamanı Eminə mane oldu (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Rejisor Vladimir Bolqov müğənni Emin Ağalarovun yeni klipi ilə bağlı danışıb.
BAKU.WS-in məlumatına görə, Eminin Bakıda çəkilən klipində çəkinliklər yarandığını bildirən rejisor sözlərinə belə davam edib:
"Çəkilişlər üçün Bakının İçəri şəhər olan hissəsini seçdik. Azərbaycanın məşhur müğənnisi Emin uşaqlığını burada keçirib. Süjet üzrə cavan oğlan qızla tanış olur, onlarda ilk hisslər yaranır. Sevgilərini göstərir, zarafat edir və əyləndiklərini göstərirlər".
Bolqov qeyd edib ki, çəkilişlər bəzən 14 saat davam edirdi. Meydançada çox müsbət atmosfer hökm sürürdü: "Amma bəzən çətinliklərlə üzləşirdik. Tamaşaçıların böyük hissəsi çəkiliş qrupunu mühasirəyə almışdı. Ulduzla selfi üçün boş vaxtlardan istifadə edən qızlar Emindən avtoqraf almağa çalışırdı".
BAKU.WS
Oxşar xəbərlər
Emin bu mahnı ilə qalib oldu - VİDEO
Ötən gecə məşhur və çox gözlənilən tədbir baş tutub. Rusiyanın "MUZ TV" telekanalında estrada mahnılarının mükafatlandırma mərasimi keçirilib. Azərbaycanlı ifaç...