"Qızı boşanıb deyə, evində çəkiliş etməyə qoymur" - Aytəkin (FOTOLAR)

26
dek
2018
20:44
Xəzər TV-də "Evdəkilərə salam" verilişinə aparıcılıq edən Aytəkin Mərdanova maraqlı açıqlama verib. 3 ildir tanınmış simaların evində qonaq olan aparıcı BAKU.WS-ə danışarkən bir çox məşhurun verilişdən imtina etməsini etiraf edib. A. Mərdanovanın sözlərinə görə, ailəsi problemli olan tanınmış simalar evlərində çəkiliş aparılmasına razı olmurlar:"Mən o kəslərdən icimirəm ki, onlar nəinki məni, digərlərinə də evində çəkiliş etməyə icazə vermirlər. Məsələn, respublikamızın Xalq artisti Niyaməddin Musayev hər zaman qeyd edir ki, əgər evində kimisə qonaq edəcəksə, mütləq birinci məni dəvət edəcək. Bəzi tanınmışlar da var ki, ailəsini, evini, nəvə-nəticəsini, qızını, oğlunu göstərməyi sevmir. Məşhurların bir qisminin isə ailələri problemlidir. Ola bilsin ki, oğlu ilə həyat yoldaşı ayrılıb və ya qızı boşanıb deyə, evində çəkiliş etməyə qoymur. Kiminsə ailəsində şübhəli məqam varsa, təbii evində çəkilişin olmasına qarşı olacaq. Düşünürəm ki, bir məşhurun normal ailəsi varsa, tamaşaçılara, onları sevən, dəstəkləyən insanlara göstərəcək nələrisə varsa, niyə də evinə buraxmasın. Hüseyn MəmmədsalahovBAKU.WS


Oxşar xəbərlər
Aktyor Müşfiq Şahverdiyev ailəsini göstərdi - VİDEO
Xəzər TV-də aparıcı Aytəkin İsmayılqızının təqdimatında yayımlanan "Evdəkilərə salam" verilişi aktyor Müşfiq Şahverdiyevin evində qonaq olub. BAKU.WS-in məlumat...
