Quş damı kimi evlər tikilir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçdəki "Manofactory" memarlıq bürosu adi ev tikintisindən imtina edərək evləri sıldırım qaya divarlarında inşa etməyi təklif edib.
BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, "Nestinbox" adlanan bu ev bir neçə otaqlı, isitmə sistemli tikilidir. Onun şaquli səthə bərkidilməsi üçün xüsusi polad konstruksiyadan istifadə olunur.
İsveçli memarların dediklərinə görə, bu evlərdə Skandinaviyadakı çoxsaylı sıldırım qayaların divarlarını "doldurmaq" olar.
Üçmərtəbəli evin ümumi sahəsi 50 m2-dir. Mərtəbələr dar, vintvari pilləkən vasitəsilə birləşiblər. Quş yuvasına bənzəyən ev kiçik ailə və ya tənha adamlar üçün nəzərdə tutulub.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda azərbaycanlı varlıların aldığı milyonluq evlər satışa çıxarıldı (VİDEO)
Bakıda milyonlarla manat qiyməti olan bina evləri satılır. BAKU.WS Xezerxeber-ə istinadən xəbər verir ki, evlərin qiyməti hətta 2- 2,5 milyon manatdır. Eksper...