Qriqori Lepsdən on min nəfərlik konsert (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
İl boyu bir sıra məşhurlara ev sahibliyi edən Antalya Bələkdə yerləşən "The Land of Legends” bu şənbə isə məhşur rus müğənnisi Qriqori Lepsi qonaq edib.
BAKU.WS-in məlumatına görə, tanınmış güclü bariton Qriqori Lepsin konsertinə həm tətillərini Antalyada dəyərləndirən Ukrayna və Rusiyadan gələn turistlər, həm də Türkiyədən gələn türklər və Antalyalılar böyük maraq göstərdilər. Konsertdən əvvəl hər axşam izləyicilərə açıq olan dünyaca məhşur Franco Dragone imzalı ilk musiqili atəşfəşanlıq böyük maraq topladı. Möhtəşəm gecədə on min nəfər insan iştrak edirdi.
Alış -veriş və əyləncənin əfsanəvi ünvanı The Land of Legends də konsert proqramları İnna, DJ Burak Yetər, Serebro kimi bir çox məhşur yerli və xarici sənətkarlar ilə davam edəcək.
BAKU.WS
Oxşar xəbərlər
Vera Brejneva Heydər Əliyev sarayını coşdurdu (VİDEO)
Rusiyanın məşhur müğənnisi Vera Brejneva Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib. BAKU.WS xəbər verir ki, konsert Heydər Əliyev sarayında baş tutub. Mü...