Qriqori Leps sanksiyalar səbəbindən 20 milyon dollarını itirdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur müğənni Qriqori Lepsin xarici bank hesablarında olan sərvətinin xeyli hissəsini itirdiyi bildirilib.
BAKU.WS xəbər verir ki, o Amerika Birləşmiş Ştatları və Böyük Britaniya banklarındakı pullarından istifadə edə bilmir. ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalarından sonra sənətçi həm xaricə gedə bilmir, həm də pullarını çıxara bilmir. İfaçının xarici bank hesablarında külli miqdarda vəsaiti olduğu, onun 20 milyon dollarını isə itirdiyi açıqlanıb.
Leps Böyük Britaniyaya səyahət məqsədilə də daxil ola bilməz. Amerikada isə Lepslə işlər görmək istəmirlər. Hələ 2013-cü ildə onun soyadı "qara siyahı" ya düşüb və o vaxtdan bəri ölkənin onunla heç bir işgüzar əlaqəsi yoxdur.
Qeyd etmək lazımdır ki, Qriqorinin belə böyük məbləğdə pulunu itirməsi onu müflis etməyəcək. O, Rusiya estradasının ən yüksək qonorar alan ifaçısıdır. Sənətçi hər çıxışına görə 120 min avro pul tələb edir.
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...