Emin Ağalarov rusiyalı məşhurla Moskvada yeni restoran açdı - FOTOLAR

Emin Ağalarov rusiyalı məşhurla Moskvada yeni restoran açdı - FOTOLAR
Şou-biznes 1351
Martın 11-də Azərbaycanın Xalq artisti Emin Ağalarov Rusiyanın tanınmış müğənnisi Qriqori Lepslə bərabər Moskvada "Lesnoy" adlı restoran açıb. BAKU.WS-in "Crocus Group"a istinadən məlumatına görə, məkanın açılışında Emin, Qriqori Leps, Viktoriya Daynenko, MBAND, Natan, MC Doni, CYGO, Artik & Asti, Artyom Kaçer, "Fabrika" qrupu və başqa artistlər çıxış ediblər. Gecənin aparıcılığı Yana Koşkina və Konstantin Tarasyuka həvalə edilmişdi. Gecəyə təşrif buyuranların arasında "Crocus Group"un prezidenti Aras Ağalarov, Filip Kirkorov, Rita Dakota, Yuliya Baranovskaya, Yuri Aksüta, İrina Çaykovskaya, Mişa Marvin və başqaları olub. Xatırladaq ki, Eminlə Qriqori Lepsin "Рюмка водки" adlı daha bir restoranı var. Emin həmin restoranı daha bir neçə şəhərdə, eləcə də Bakıda açmaq niyyətindədir. Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

Araz Ağalarov öz brendi ilə energetik satışına başladı

Araz Ağalarov öz brendi ilə energetik satışına başladı

Rusiyanın "Crocus Group" developer holdinqi "Jara" brendi ilə energetik içkilərin satışına başlayıb.Virtualaz.org "Kommersant"a istinadən xəbər verir ki, azərba...

3878 İqtisadiyyat 14:00 03 mart 2019

Son xəbərlər