Emin Zaranın Bakıya gəlməsindən danışdı
27
iyl
2018
09:24
"Jara” festivalının təşkilatçısı Emin Ağalarov Rusiyanın əməkdar artisti Zaranın Bakıya gəlməyi məsələsinə münasibət bildirib.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Emin festivalın açılışı münasibətilə təşkil olunan mətbuat konfransında bildirib ki, buna münasibəti çox sadədir:"Zara kürddür. Bu işdə neqativ görənlərin öz fikri var. Musiqi festivalı müsbət emosiya deməkdir. Mən bunun belə olmasını istəyirəm”.Qeyd edək ki, sosial şəbəkələrdə Zaranın erməni əsilli olması və Bakıya gəlişinin doğru hesab edilməməsi haqda fikirlər səslənirdi.Emin bildirib ki, festivalın birinci açılış günündə 75 artist çıxış edəcək və onlardan hər biri superulduzdur. Onun sözlərinə görə, festivala 1200 nəfər - artistlər və komanda üzvləri gəlib.Festivalın açılış mərasimində Alekseyev, Artik & Asti, A`Studio, Brandon Stone, Burito, DoReDos, Doni, EMIN, Feduk, LOBODA, L`One, Monatik, NK, Natan, Nyusha, Aleksandr Panayotov, Aleksey Çumakov, Ani Lorak, Anna Sedokova, Artyom Pivovarov, Vremya i Steklo, Qlyuk’oza, Qradusı, Qriqori Leps, Yeqor Krid, Klava Koka, MOT, Maks Barskix, Mişa Marvin, Nikolay Baskov, Pitsa, Sergey Lazarev, Slava, Soqdiana, Sultan, Timati, Filip Kirkorov, Elina Çaqa, Yuliya Kovalçuk və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert keçirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda "Jara” Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib - FOTO
Bakıda "Jara” Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. “Sea Breeze Resort” istirahət mərkəzində baş tutan qala-konsertdə Monatik, Qriqori Leps,...