Qızını dünyaya gətirdiyi vaxt oğlunu itirən aktrisa - "Ən cazibədar qadın" necə öldü?
Yeniliklərdən dərhal xəbərdar olun
Anna Nikol Smit ABŞ-nin Texas ştatının Hyuston şəhərində anadan olub və həyatı boyunca bir neçə faciəvi dönüşlər yaşayıb.
İlk illərində anası ilə birlikdə çətin şəraitdə böyüyən Anna Nikol Hollivudda məşhur olmağı arzulayıb. Bir müddət sonra zəngin neft maqnatı Ceyms Hovard Marşal ilə tanış olub və onunla evlənib, həyatını dəyişib.
Marşalın ölümündən sonra Anna Nikol varislik mübarizəsinə başlayıb və ABŞ Ali Məhkəməsində uzun illər davam edən məhkəmədən sonra Marşallın əmlakından 474 milyon dollar alıb. Lakin bu varislik mübarizəsi onun həyatında daha sonra qarşılaşdığı çətinliklərə səbəb olub.
Həyatının sonlarına yaxın Anna Nikol Smit narkotik asılılığı ilə mübarizə aparıb və böyük faciələr yaşayıb. Onun oğlu Daniel də narkotik aludəçisi olub və həddindən artıq dozadan dünyasını dəyişib. Anna Nikolın ölümündən sonra qızı Dennielinnin qəyyumluğu atası Larri Birkhedə verilib. Onun həyatı müasir dövrün ən çox diqqətçəkən və faciəvi hekayələrindən biri olaraq qalır.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...