Qızından danışan Tünzalə Ağayeva: "Yaşına xas olmayan hərəkətlər edərsə..." - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Xalq artisti Tünzalə Ağayevanın 46 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, bu münasibətlə sənətçi MTV kanalında yayımlanan "Səhərin səsi" proqramına qonaq olub.
Veriliş zamanı Ağayeva şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib. Ağayeva efirdə xəyanətə uğradığını etiraf edib.
İfaçı uzun illərdir Türkiyədə təhsil alan qızı Fidan Ağayevadan da danışıb. Tünzalə övladını sərbəst böyütdüyün deyib:
"Analarla qızları qəribə əlaqədə olur. Bəzən ananın taleyini qızı yaşayır. Özümdəki boşluqlar barədə ona məlumat verirəm. Qızımı başa salmışam ki, ləyaqətini üstün tutsun. Xarakterlidir, tez təsir altına düşən deyil. Bəzən sözümüz də üst-üstə düşmür. Lakin məndən örnək götürür.
Qızıma heç vaxt qadağalar qoymamışam. Yaşına xas olmayan hərəkətlər edərsə, bunu söyləyərəm. Hər zaman sərbəst olub. 7 ildir İstanbulda yaşayır. Özü təəccüblənmişdi ki, tək övladınam, necə xaricdə oxumağa icazə verirsən?"
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...