Qəribə geyimləri ilə yaddaşda qalan DÜNYA ULDUZLARI - SİYAHI

Qəribə geyimləri ilə yaddaşda qalan DÜNYA ULDUZLARI - SİYAHI
Foto
Şou-biznes 84

Dünya musiqi aləmində qəribə geyimləri yaddaşda qalan bəzi məşhurlar var. Onlar daha çox bu tərz libasları moda sərgilərində, mükafat təqdimetmə mərasimlərində və ya kliplərində geyiniblər. Tez-tez medianın diqqət mərkəzində olan bu məşhurlar buna görə uzun müddət müzakirə də olunublar.

Bu dəfə BAKU.WS saytı olaraq qeyri-adi və maraqlı geyim tərzləri ilə tanınan məşhurları araşdırdıq. Həmin siyahısını təqdim edirik:

Müğənni Ledi Qaqa

O ətdən hazırlanan geyimi ilə uzun müddər müzakirələr yaratmışdı. 2010‑cu ildə "MTV Video Music Awards"ə qatılan sənətçi tamamilə xam ət parçalarından hazırlanmış libas geyinmişdi. O, bu geyimi seçməklə "Biz özümüzün ət parçalarıyıq" mesajını vermişdi.

Qəribə geyimləri ilə yaddaşda qalan DÜNYA ULDUZLARI - SİYAHI

Müğənni Cared Leto

Sənətçi 2019‑cu ildə "Met Gala"ya qatıldığında, "Gucci" markasının dizaynı olaraq özünün bənzəri bir baş aksessuar gətirmişdi. Cared onu əlində gəzdirirdi. İzləyicilər üçün təəccüblü və müzakirəyə açıq bir görüntü olmuşdu.

Qəribə geyimləri ilə yaddaşda qalan DÜNYA ULDUZLARI - SİYAHI

Müğənni Byork

Əsl adı Byork Qvyudmundsdouttir olan islandiyalı ifaçı qu geyimi ilə gündəm olmuşdu. Bu geyim 2001‑ci ildə 73-cü "Academy Awards" mərasimində geyinilmişdi. Qu quşu formasında olan libasın dizayneri Marjan Pejoskidir.

Qəribə geyimləri ilə yaddaşda qalan DÜNYA ULDUZLARI - SİYAHI

Müğənni Doca Kət

O "Paris Moda Həftəsi"ndə başdan ayağa qırmızı kristallarla örtülmüş geyimi ilə diqqət çəkmişdi. Bu obraz üşün 30 000 svarovski daşdan istifadə edilib.

Qəribə geyimləri ilə yaddaşda qalan DÜNYA ULDUZLARI - SİYAHI

Müğənni Billi Porter

2019-cu il Oskar mərasimində geyindiyi smokin və donun birləşməsi olan geyimi ilə moda dünyasında inqilab edib. O hər tədbirdə sərhədləri zorlayan orijinal dizaynlara üstünlük verir.

Qəribə geyimləri ilə yaddaşda qalan DÜNYA ULDUZLARI - SİYAHI

Müğənni Rihanna

Sənətçinin geyim tərzi həmişə cəsarətli və təəccübləndirici olur. O "Met Gala 2015 "də geyindiyi uzun sarı Çin dizaynlı paltar ilə sosial mediada viral olmuşdu.

Qəribə geyimləri ilə yaddaşda qalan DÜNYA ULDUZLARI - SİYAHI

Müğənni Keti Perri

İfaçı əsasən "Met Gala" və digər tədbirlərdə geyindiyi çılğın və tematik kostyumlarla tanınır. Onun hamburger formasında geyimi də uzun müddət müzakirələrə səbəb olmuşdu.

Qəribə geyimləri ilə yaddaşda qalan DÜNYA ULDUZLARI - SİYAHI

Son xəbərlər