Qaraciyər transplantasiyası edilən aktyor 11 ay sonra çəkiliş meydanında

Qaraciyər transplantasiyası edilən aktyor 11 ay sonra çəkiliş meydanında
Foto
Şou-biznes 322

Səhhətindəki problemlər səbəbindən uzun müddətdir ekranlardan uzaq düşən aktyor Ufuk Özkan pərəstişkarlarını sevindirib.

BAKU.WS xəbər verir ki, qaraciyər köçürüldükdən sonra sağalan 51 yaşlı Özkan 11 aylıq fasilədən sonra yenidən çəkiliş meydanına qayıdıb.

Yeni layihəsində "Bələdiyyə" obrazını canlandıracaq aktyor setdən ilk fotosunu izləyiciləri ilə bölüşüb.

O, bu qayıdışını "11 aylıq uzun fasilədən sonra çəkiliş meydanına qayıtdım" şərhi ilə vurğulayıb.

Müalicə olunarkən bəzi həmkarlarından narazı olduğunu gizlətməyən Özkan, çətin günlərində gözlədiyi dəstəyi görmədiyini bildirib.

Bir vaxtlar yaxın bildiyi bəzi prodüser və aktyorların hətta bir mesaj belə yazmadıqlarını vurğulayan sənətçi, bu sözləri qeyd edib:

"Nəinki zəng etmək, bir mesaj belə yazmayan prodüserlər və aktyor dostlarım oldu. Allah mənə onların həqiqi üzünü göstərdi. Hamısını dərhal bloklayıb həyatımdan sildim".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

346 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər