Qarabağlardan olan 95 yaşlı Bahar nənə doğma yurdun həsrətindədir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
5 uşaqlı ailənin böyük övladı olan Bahar kimi çoxu bilmirdi ki, ac-susuz, vaqonlarında donaraq getdikləri naməlum istiqamət onları doğma Vedidən, Qarabağlardan uzaqlaşdırır.
95 yaşlı Bahar nənə 1948-ci ildə qərbi azərbaycanlıların növbəti deportasiyasını belə xatırlayır:
“Belə xəbər çıxdı ki, bizi qovub Fransa ermənilərini bura yerləşdirəcəklər. Ermənilər bizi vəhşi kimi vaqonlara doldurdular, heç nəyimizi götürə bilmədik. Stansiyada dayananda çırpı yığıb gətirərək vaqonda yandırırdıq. Ermənilər həmişə bizə xainlik edirdilər”.
Deportasiya olunan bir çox Qərbi Azərbaycan ailələri, o cümlədən Bahar Əhmədovanın da ailəsi Biləsuvarın Bağbanlar kəndinə sığınıb.
Ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...