"Qarabağ klanı"na zərbə: ermənilər Azərbaycanı dəstəklədi

Qarabağ klanına zərbə: ermənilər Azərbaycanı dəstəklədi
Şou-biznes 1062

 

Beynəlxalq mahnı müsabiqəsi "Eurovision"un Ermənistan üzrə rəsmi fan klubu  (OGAE) səs nəticələrini açıqlayıb.

BAKU.WS lent.az- a istinadən məlumatına görə, səs nəticələrinə əsasən, erməni fanları daha çox İsveç, Belçika və Fransa təmsilçilərinin ifa etdiyi mahnını bəyəniblər.

Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlər tam başqa fonda olsa da qonşu ölkənin bəzi nümayəndələri Azərbaycanı "Eurovision-2017"də təmsil edəcək Diana Hacıyevanın ifasında səslənən mahnını bəyəndiyini etiraf ediblər.

Buna baxmayaraq əminliklə demək olmaz ki, Diananın erməni fanları yarışma zamanı birbaşa olaraq səsini ona verəcəklər.

Ancaq musiqi sərhəd tanımır. Ekspertlər bunu ermənilərin "Qarabağ klanına" böyük zərbə hesab edir.  

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər