Qalkin və Puqaçova bu cür tanış olub evləniblər
Rusiyanın Xalq artisti Alla Puqaçova və şoumen həyat yoldaşı Maksim Qalkin Rusiya şou-biznesinin ən çox müzakirə olunan cütlüklərindən biridir. Onların münasibətləri təsadüfi tanışlıqla başlayıb və illər sonra rəsmi nikahla nəticələnib.
BAKU.WS xəbər verir k, onların yolları ilk dəfə 2001-ci ildə Vitebskdə keçirilən "Slavyanski Bazarı" beynəlxalq festivalında kəsişib. Tanışlığa səbəb isə müğənninin o dövrdəki həyat yoldaşı Filip Kirkorov olub.
Alla Puqaçova illər sonra ilk görüşü belə xatırlayıb: Otelin foyesində eynəkli və maraqlı bir gəncin baxışları onda qəribə hisslər oyadıb. Lakin o zaman 52 yaşlı sənətçi 25 yaşlı Qalkinin gələcək həyat yoldaşı olacağını təsəvvür belə etməyib.
Cütlüyə yaxın mənbələrin bildirdiyinə görə, münasibətlərində dönüş nöqtəsi ortaq dostları Pyotr Şaboltayın ad günü gecəsində baş verib. Həmin gecə birgə rəqs onların yaxınlaşmasına səbəb olub, lakin bu fakt uzun müddət ictimaiyyətdən gizli saxlanılıb. Puqaçovanın şəxsi həyatındakı dəyişikliklərlə bağlı şayiələr "Bud ili ne bud" mahnısının təqdimatından sonra yayılmağa başlayıb.
Media Maksim Qalkinin musiqi və televiziya karyerasında primadonnanın dəstəyini aldığını iddia etsə də, tərəflər bu mövzuda açıqlama verməyiblər. Puqaçova Qalkinə birlikdə mahnı yazmağı şəxsən özü təklif edib. 2003-cü ildə cütlük "İki dovşanı qovalamaq" adlı Yeni il musiqili filmində birlikdə rol alaraq ilk dəfə ekranda tərəf-müqabil olub.
2005-ci ildə Puqaçovanın Filip Kirkorovdan boşanmasından sonra isə Qalkinlə münasibətləri artıq gizli saxlanılmayıb. Buna baxmayaraq, müğənni uzun müddət rəsmi nikaha ehtiyac duymadığını bildirib. Cütlük tez-tez birgə tədbirlərdə və televiziya proqramlarında görünürdü. Lakin onların münasibətlərinin səmimiliyinə inanmayanlar da az olmayıb.
Puqaçova isə bu fikirlərə açıq cavab verərək sevginin yaşla məhdudlaşmadığını və ailənin yalnız fiziki münasibətdən ibarət olmadığını vurğulayıb. Birlikdə yaşadıqları illər ərzində fikir ayrılıqları da olub. Puqaçovanın sözlərinə görə, münasibətlərində çətin dövrlər yaşasalar da, zamanla bir-birlərinin xarakterinə uyğunlaşmağı bacarıblar.
Nəhayət, 23 dekabr 2011-ci ildə Alla Puqaçova və Maksim Qalkin münasibətlərini rəsmi nikaha aparıblar. Toy zamanı primadonna 62, Qalkin isə 35 yaşında idi.
Qeyd edək ki, onlar Qryaz kəndində həyət evi tikdiriblər və 2011-ci ildə yeni evlərinə köçüblər.
Oxşar xəbərlər
Həyat yoldaşı ilə Acun Ilıcalı sayəsində tanış olub
Aparıcı Hakan Hatipoğlu həyat yoldaşı Gizem Hatipoğlu ilə tanışlıq hekayəsini danışıb. BAKU.WS xəbər verir ki, o iş adamı Acun llıcalı sayəsində tanış olduqlar...