Putinin toyda gəlinlə rəqsi Avropanı ayağa qaldırdı (VİDEO)
19
avq
2018
11:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə Avstriyanın xarici işlər naziri Karin Knayslın avstriyalı biznesmen Volfqanq Maylinqerlə toy məclisindən görüntülər yayılmağa başlayıb. BAKU.WS-in məlumatına görə, mərasimdə Avstriya XİN-nin rəhbərinin şəxsi dəvəti ilə Rusiya prezidenti Vladimir Putin də iştirak edirdi. Məclidə iştirak edən Rusiya prezidenti gəlinə qədim yağ hazırlayan qurğu, samovar və kənd mənzərəsi olan şəkil hədiyyə edib. Bununla yanaşı, Putin Karin Knaysla rəqs edib və bu görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Sözügedən kadrlar Avropada müzakirələrin yaranmasına gətirib çıxarıb. Putinin Avstriyada bu cür qarşılanması Avropa ölkələrində böyük reaksiya yaradıb. Sanksiyalar tətbiq edilən Rusiyanın prezidentinə qarşı isti münasibət Avropa ölklərində birmənalı qarşılanmayıb. AbbasBAKU.WS
Oxşar xəbərlər
Paşinyan Putindən "xeyir-dua" aldı VİDEO
Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.BAKU.WS "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, görüşdə Rus...